Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Həmiltonu İrina Şeyklə birlikdə görüblər. Britaniyalı pilotun şəkli avtomobilə minərkən çəkilib. Onun yanında tanınmış model də olub. Şəkilin çəkildiyi yer Fransanın paytaxtı Paris şəhəridir.

Yayılan məlumata görə, iki tanınmış sima arasında məhəbbət əlaqəsi yoxdur. Sadəcə olaraq, onlar yaxın dostdurlar. Bir müddət əvvəl Şeyk Həmitlonu ad günü münasibətilə təbrik edərək, onu bütün zamanların ən güclü pilotu adlandırmışdı.

Xatırladaq ki, İrina Şeyk vaxtilə Krişitianu Ronaldonun qız rəfiqəsi olub. Rusiyalı model məhz həmin əlaqələrə görə idman aləmində tanınıb.

Həmiltonun isə bir müddət əvvəl Şakira ilə yaxın əlaqələri olduğu xəbərləri dolaşırdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp