Misli Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

Qəbələdə “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı oyun gəncəlilərin əzmkar qələbəsiylə yekunlaşıb.

Turun ilk oyunu ötən gün “Sabah”la “Neftçi” arasında baş tutub və qolsuz bitib – 0:0. Bu gün də “Səbail” və “Zirə” komandalarının oyununda qol qeydə alınmayıb.

Misli Premeyr Liqası
19-cu tur

22 yanvar

“Kəpəz” – “Turan Tovuz” 2:1
Qollar: Şakir Seyidov, 25. Martins Junior, 71 – Ayxan Hüseynov, 4.
Qırmızı vərəqə: Faiq Hacıyev, 11.
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu, 17:30.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov

Turan Tovuz: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Hüseynov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp