Sergey Milinkoviç-Saviç “Əl Hilal”dan ayrılmaq istəyir. Yayda Səudiyyə Ərəbisttanı klubuna gedən serb yarımmüdafiəçi Asiyadakı həyatından məmnun deyil.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı oyunçu 6 ay öncə “Latsio”dan “Əl Hilal”a gedib. Ərəblər onun üçün İtalya klubuna 40 milyon avro ödəmişdi. İndi isə Sergey romalıların düşərgəsinə qayıtmaq arzusundadır. “Latsio” olmasa da, hər hansı Avropa klubu istəsə, 2026-cı ilin yayınadək müqaviləsi olan Milinkoviç-Saviç Asiyadan ayrılmağa hazırdır.
Serbiyalı Səudiyyə Ərəbistanından bezən ilk futbolçu deyil. Daha öncə Roberto Firminyo və Cordan Henderson da Asiyanı tərk etməyə qərar verib. Eyni zamanda Neymarın da “Əl Hilal”dan ayrılacağı deyilir.