İtaliya superkubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda “İnter” və “Napoli” qarşılaşıblar.
Oyunun taleyini bir qol həll edib. Lautaro Martinesin vurduğu qol komandasına növbəti titulu qazandırıb.
“İnter” ardıcıl 3-cü, bütövlükdə isə 8-ci dəfə superkubokun qalibi olub. Bu baxımdan rekord “Yuventus”a məxsusdur – 9.
İtaliya superkuboku
Final
22 yanvar
Napoli – İnter 0:1
Qol: Lautaro Martines, 90+1.