Ötən ay “Neftçi”dən ayrılan Adrian Mutunun yeni komandası məlumdur. Rumıniyanın ÇFR klubu ilə anlaşan 44 yaşlı mütəxəssisin müqavilə detalları da müəyyənləşib.
Futbolinfo.az yerli mətbuata istinadla xəbər verir ki, Mutu yeni komandasında aylıq 35 min avro məvacib alacaq. Bu məbləğ ümumilikdə məşqçilər korpusu üçün nəzərdə tutulub. Halbuki Mutu “Neftçi”yə keçməzdən əvvəl Rumıniyanın digər klubu “Rapid”də aylıq 12 min avro qazanırdı.
Bundan başqa, ÇFR-in çempionluğu və ya avrokuboklara vəsiqə qazanması da ona müəyyən bonuslar qazandıracaq.
Qeyd edək ki, ötən ilin yayında “Neftçi”nin “sükanı arxasına” keçən Adrian Mutu qış fasiləsində istefaya göndərilib.