Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası XXI əsrdə ən çox qol vurmuş asiyalı futbolçuların siyahısını tərtib edib.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Maldivdən olan Ali Aşfaq qərarlaşıb.
Hazırda karyerasını davam etdirən 38 yaşlı hücumçu XXI əsrdə 476 qola imza atıb.
Sinqapurlu sabiq forvard Aleksandar Duriç (425) ikinci, Küveytdən olan Bader Al-Mutava (362) üçüncü sıradadır.