“Milan” “Udineze”nin yarımmüdafiəçisi ilə maraqlanır. “Rossonyerlər” yayda Lazar Samarciçi heyətinə qatmağa çalışacaq.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyində təmsil olunan Ceffri Monkada və Zlatan İbrahimoviç artıq oyunçu ilə təmasa keçib. Şəxsi müqavilənin şərtlərini razılaşdırmaq mümkün olsa, klubuna rəsmi təklif göndəriləcək.
“Herta” yetirməsi olan 21 yaşlı serb 2021-ci ilin avqustunda 3 milyon avro qarşılığında Udine klubuna transfer edilib. Onun İtaliya klubu ilə 2,5 illik müqaviləsi var.
Samarciçin daha öncə də böyük klublarda oynamaq şansı olub. Keçən yay “İnter”, bu qış isə “Napoli” Lazarı heyətinə qatmaq üzrə idi. Hər iki halda futbolçunun atası son anda keçidə mane olmuşdu. “Milan” futbolçu üçün 20 milyon avro xərcləməyin əleyhinə deyil.