“Çelsi” futbolçusunu geri qaytarıb. Londonlular mövsümün sonunadək Lion “Olimpik”inə icarəyə verdiyi Dieqo Morreyranı az şans verilməsi səbəbi ilə düşərgəsinə çağırmağı lazım bilib.

Futbolinfo.az xəbər verir ki, 19 yaşlı vinger mövsümün sonunadək “Çelsi”də oynayacaq. Əsas heyətə düşəcəyi halda yarımmüdafiəçinin klubda qalması mümkündür. Əks halda, Dieqo yenidən icarəyə veriləcək.

Ötən yay “Benfika”dan azad agent kimi “Çelsi”yə gələn Morreyranın 2028-ci ilədək müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp