Formula 1 Madrid qran-prisinin keçiriləcəyini rəsmən təsdiq edib. Mərhələ şəhər trassında baş tutacaq. İlk yarış 2026-cı ildə olacaq.

Müqavilə 10 illiyinə nəzərdə tutulub. Madrid mərhələsi İspaniya qran-prisi statusunu daşıyacaq. Təqdimat mərasimində Formula 1-in icraçı direktoru Stefano Domenikalı iştirak edib.

Barselonada keçirilən qran-prinin taleyi qeyri-müəyyən olaraq qalır. Mərhələ Formula 1-in təqvimində qala bilər. Çox güman ki, Barselonadakı yarış bir ildən bir keçiriləcək. Hələlik Kataloniya trassının Formula 1-lə 2026-cı ilə qədər sözləşməsi var.

Təqdimat mərasimində trassın konfiqurasiyası haqqında da məlumat verilib. Trassın uzunluğu 5,47 km olacaq. Bir dövrədə 20 döngə planlaşdırılır. Bir dövrənin bolidlə keçilmə müddəti 1 dəqiqə 32 saniyə olmalıdır.

Shares: