Türkiyəli futbolçu Arda Gülər oyun praktikasının azlığından narazıdır. Bu səbəbdən də o, başqa bir komandaya icarə əsasında keçə bilər. Məlumatı İspaniyanın sport.es nəşri yayıb.

Xəbərə görə, son 3 oyunda baş məşqçi Karlo Ançelottinin ona etimad göstərməməsi Gülərin xoşuna gəlmir. 18 yaşlı futbolçu oynamaq üçün başqa bir komandaya keçmək niyyətindədir. Məlumatda icarənin yaya qədər olacağı da qeyd edilir.

Xatırladaq ki, bu mövsüm yarımmüdafiəçi cəmi 2 oyunda meydana çıxıb. Yaydan etibarən zədəli olan futbolçu 1 ay öncə komanda ilə məşqlərə başlayıb.

Shares: