Hazırda futbolda transfer pəncərəsinin açıq olduğu dönəmdir. Futbolçuların bir klubdan digərinə keçidi asan proses deyil. Bunun arxasında uzun sürən danışıqlar durur.

Baş tutmayan keçidlər isə ayrı bir mövzudur. Futbol aləmində gerçəkləşən transferlərlə müqayisədə alınmayan keçidlərin sayı qat-qat çoxdur. Onlardan bəzilərinə, daha dəqiqi, tanınmış futbolçuların böyük klublara keçidinə mane olan səbəblərə nəzər yetirək.

Robert Prosineçki və “Milan”

Robert Prosineçki vaxtilə Azərbaycan milli komandasının baş məşqçisi olub. Məşqçi kimi karyerası uğurlu alınmasa da, futbolçu kimi onun çox istedadlı olduğunu qeyd etmək lazımdır. Robert Yuqoslaviya futbolunun 80-ci illərdə yetişdirdiyi qızıl nəslin nümayəndəsidir. Bu nəsil 1987-ci ildə gənclər arasında dünya çempionu olub. Onların çoxluq təşkil etdiyi “Srvena Zvezda” komandası 1991-ci ildə Çempionlar Kubokunu qazanıb. Prosineçkidən başqa bu nəslə Şuker, Saviçeviç, Boban, Miyatoviç, Stimak və digərlərini aid etmək mümkündür.

24adc8f0 7845 40fc bc6e 5c7c0f27e91c - Futbolinfo.az

Prosineçki bu ulduzlar arasında xüsusilə seçilirdi. Məhz buna görə də onun arxaınca “Real”, “Milan”, “Bayern” və Marsel “Olimpik”i kimi klublar düşmüşdü. Hamıdan israrlı və yaxın İtaliya təmsilçisi idi. Robert hətta müqavilə imzasından əvvəl tibbi müayinədən keçmişdi. Lakin həkimlər onun keçidinin baş tutmasına icazə verməmişdilər. Səbəbi isə Prosineçkinin uzun çənəsi və yekə dişləri idi. Həkimlər belə insanların əzələ zədələrinə meylli olduğunu bildirməklə transferin qarşısını almışdılar.

Belə olan halda xorvat futbolçu “Real”a keçir. Maraqlısı isə odur ki, onun “Kral klubu”nda karyerası məhz elə əzələ zədələrinə görə uğurlu alınmır.

Ruud Qullit və hədiyyələr

80-ci illərin ortalarında niderlandlı Ruud Qullit parlamağa başlamışdı. PSV komandasının üzvü böyük klubların nişangahında idi. Tenerifedə təlim-məşq toplanışı zamanı “Real” onunla görüşərək müqavilənin şərtlərini bildirdi. Futbolçuya görə PSV-yə 4 milyon avro ödəniləcəkdi. Klubun direktoru Ramon Mendosa bir neçə dəfə Eyndhovenə gedərək danışıqları yekunlaşdırmağa çalışırdı. Madridlilərin əsas fikri yaya qədər müqavilə məsələsini həll etmək idi.

b802708c ca36 4223 94fd 1c07a8386638 - Futbolinfo.az

Lakin Qullitə “Milan” da elçi düşmüşdü. Həmin vaxt Silvio Berluskonin qarşısında durmaq asan məsələ deyildi. Mediamaqnat müxtəlif yollarla istədiyi futbolçunu komandasına gətirə bilərdi. Bu dəfə də belə oldu. Qullitə “Real”ın təklif etdiyindən də yaxşı müqavilə irəli sürüldü. Yüksək məvacib, gözqamaşdırıcı hədiyyələr öz sözünü dedi. Üstəlik, Qullitin yoldaşına da edilən hədiyyələr rol oynadı. PSV də keçiddən uddu. Milan təmsilçisi madridlilərdən iki dəfə artıq – 8 milyon avro ödədi.

Barnsı istədi, Bilsseti transfer etdi

“Milan”ın tarixində Van Basten, Qullit, Raykaard, Papen, Vea və digərləri kimi güclü futbolçular var. Lakin bir transfer səhvini qeyd etmək lazımdır. 1982/1983 mövsümündə “Uotford” komandasında Con Barns və Lüter Blisset kimi oyunçular parladı. Onlar İngiltərə futbolu tarixində öz güclərini nümayiş etdirən ilk qaradərililərdən idilər. Oyunları elə heyrətamiz idi ki, tez bir zamanda bütün Avropaya səs salmışdılar. Həmin vaxtlarda da İtaliya futbolu dünyada at oynadırdı. Ən güclü futbolçular məhz A Seriyasında oynamağa can atırdılar.

956c7d90 9788 439f 91ce 6e7468461298 - Futbolinfo.az

Beləliklə, “Milan” Con Barnsla müqavilə imzalamaq üçün İngiltərəyə adam yollayır. Lakin imzalanma mərasimindən əvvəl “Uotford”un oyunu var idi. Həmin qarşılaşmada Blisset elə bir oyun nümayiş etdirir ki, nümayəndə İtaliyaya, “Milan”ın ofisinə zəng edərək qərarı dəyişməyin məqsədəuyğun olduğunu bildirir. Beləliklə də, 1 milyon dollar ödəyərək İtaliya klubu Blisseti transfer edir. Yeni mövsümdə Blisset 30 oyunda cəmi 5 qol vurur. Milanlılar onu yarı qiymətinə geri qaytarmağa çalışsalar da, istəkləri gerçəkləşmir. Barns isə İngiltərə futbolu və “Liverpul”un əfsanələrindən birinə çevrilir.

Xesus Xil Futreni “İnter”in əlindən Milanda alır

80-ci illərin daha bir maraqlı transfer hadisəsi “Atletiko” ilə bağlıdır. Həmin vaxt klubun prezidenti Xesus Xil idi. Məşqçiləri istefaya göndərməklə tanınan funksioner Madrid komandasında işinə səs-küylə başlamaq istəyirdi. Buna görə də böyük bir transfer gerçəkləşməliydi. Belə bir futbolçunun axtarışı ilə məşğul olarkən 1987-ci ilin Çempionlar Kubokunun finalı baş tutdu. Həmin qarşılaşmada “Portu” qələbə qazandı. Komandanın ulduzu isə Paulu Futre idi.

ba491a64 97f1 4f61 9479 3a217e66dada - Futbolinfo.az

“Bayern” ilə final oyununda digərlərindən seçilən bəstəboy futbolçu dərhal Madrid komandasının hədəfi oldu. Lakin bir problem var idi. “İnter” demək olar ki, onlardan əvvəl məsələni həll etmişdi. Milanlıların məqsədini bilən Xil təyyarəyə oturaraq birbaşa İtaliyaya yola düşür. Futrenin və həm də Portuqaliya prezidentinin olduğu hotelə gedən Xil şortla, əynində də Futrenin adı yazılmış mayka ilə Futrenin qaldlığı nömrəyə zəng edərək onunla görüşür. Bu hadisədən 5 saat sonra onların hər ikisi Madrid hava limanında eniş edərək 5 min fanatın qarşısına çıxır.

Platini: Miladda oynamamaq üçün İngiltərəyə “yox” cavabı

Mişel Platinini hər kəs tanıyır. Uzun müddət “Yuventus”un heyətində çıxış edən əfsanəvi futbolçu “Nansi”dən başqa kluba gedə bilərdi. Həmin illərdə “Valensiya”nın baş məşqçisi Marsel Dominqo idi. Həm baş məqşçinin, həm də klub rəhbərinin məqsədi Platini ilə Kempesin tandemini yaratmaq idi. Danışıqlar davam edirdi. Eyni zamanda maraqlanan klubların da sayı artırdı.

50a9ac4f 84a7 407e ba4b 2b0655bc348f - Futbolinfo.az

1978-ci ilin Dünya Çempionatında Mişel özünü yaxşı tərəfdən göstərir. Müştərilərin siyahısına “Arsenal” və “Tottenhem” də qoşulur. Platininin həyat yoldaşı ərini İngiltərəyə getmək firinə yaxınlaşdırır. Lakin Platini keçiddən əvvəl liqanın təqvimi ilə maraqlanır. Milad bayramı günlərində oynamaq istəməyən Platini geri qayıdır və “İnter”lə ilkin müqavilə imzalasa da, “Nansi”dən “Sent-Etyen”ə keçir. Oradan isə çox keçmədən “Yuventus”a yollanır.

Bloxinə mane olan gülünc səbəblər

Oleq Bloxin sovet futbolunun ən güclü oyunçularından olub. 70-ci illərin sonlarında parlayan futbolçu ilə Avropa klubları da maraqlanırdı. Onların arasında ən israr edən Madrid “Real”ı idi. Danışıqlarda məsul şəxs Ramon Mendosa təyin edilmişdi. Lakin 1978-ci ildə İspaniya mətbuatında dərc edilən məqalədən sonra o, həm idarə heyətindən kənarda qalır, həm də danışığı aparmaqdan məhrum edilir. Həmin məqalədə isə onun SSRİ təhlükəsizlik orqanları ilə işbirliyi olduğu qeyd edilmişdi.

c15e4244 3e2e 498d a8da 87d340eb1908 - Futbolinfo.az

Belə olan halda “Real”ın Bloxinin keçidi ilə bağlı danışıqları yarımçıq qalır. Oleq Bloxin 1975-ci ildə Avropanın ən güclü futbolçusu seçilir. Bu da futbol aləmində ciddi bir sensasiya idi. Bir neçə il keçdikdən sonra madridlilərin ona marağı yenidən oyanır. İspaniyada SSRİ-nin səfiri ilə ilk danışıqlar olur. Səfir ispanların istəklərini SSRİ idman komitəsinin rəhbərliyi və hökumət orqanlarına çatdırır. Marağın yaranmasından sonra Sovet hökuməti Bloxinin məvacibini artırmaq üçün ona polkovnik rütbəsi, ispanlara isə “yox” cavabı verilir. İspanlar səbəbini öyrənmək istədikdə absurd bir cavabla qarşılaşırlar. 1981-ci ildə Madriddə “Real”la Tiflis “Dinamo”sunun oyununda David Kipianinin ayağının sındırılmasına görə hökumət Bloxinin transferinə razılıq vermir.

Berqkamp: Kroyfa “yox” deyən niderlandlı

Yohan Kroyfun niderland futbolunda hansı hörmətə malik olduğunu sözlə ifadə etməyə ehtiyac yoxdur. Əfsanəvi futbolçu məqçilik dönəmində istənilən niderlandlını bir kəlməylə komandasına gətirə bilərdi. Lakin bir nəfərlə məsələdə Kroyf istədiyinə nail olmur. Denis Berqkamp “Barselona”nın təklifini qəbul etmir. Kroyf nə qədər israr etsə də, Denis “İnter”ə keçməyə razılıq verir. Bu da Kroyfu çox əsəbiləşdirir və o da PSV-nin digər oyunçusu Romarionu transfer edir.

dd552447 233f 4f30 8329 da996b136850 - Futbolinfo.az

İLQAR AĞAYEV

Shares: