Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.

Futbolinfo.az saytının məlumatına görə, 2024-cü ilin ilk turu məhsuldarlıq baxımından ən kasad tur olub. Belə ki, baş tutan 5 görüşdə qapılara ümumilikdə 8 qol vurulub. “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçları 0:0 hesabı ilə yekunlaşıb. “Kəpəz” “Turan Tovuz”u 2:1, “Sumqayıt” “Qəbələ”ni 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.

Geridə qalan 18 turun heç birində bu qədər az qol qeydə alınmamışdı. Buna qədər antirekord 2-ci, 9-cu, 14-cü və 18-ci turlara məxsus idi. Həmin turlarda 9 qol vurulmuşdu. Ən məhsuldar turlar isə 19 qolun qeydə alındığı 10-cu və 16-cı turlardır.

Shares: