Avroliqa rəhbərliyi “Makkabi” komandasının oyunları üçün yeni yerlər axtarışındadır.

“Anadolu Efes” – “Makkabi” qarşılaşması Latviyanın paytaxtı Riqada keçirilə bilər. Məlumata görə, Litva (Vilnüs) və Yunanıstan da bu oyunu qəbul edə bilər. Qarşılaşma fevralın 8-də oynanılmalıdır.

Hazırda davam edən İsrail – Hamas müharibəsinə görə Türkiyə hökuməti “Makkabi” komandasının nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə zəmanət vermir. Buna görə də oyunun başqa yerdə keçirilməsinə qərar verilib.

Xatırladaq ki, “Fənərbağça”nın İsrail klubu ilə oyunu Litvanın Panevejis şəhərində keçirilmişdi.

Shares: