MBA-da bu gecə 5 oyun keçirilib. Onlar arasında “İndiana Peysers”in son çempiona məğlubiyyətini qeyd etmək olar. Evdə inamlı oyunu ilə seçilən İndiana təmsilçisi Camal Mürrey – Nikola Yokiç tandemi ilə bacarmayıb. Serbiyalı basketbolçu tripl-dabl edib, Mürrey isə oyunu 31 xalla tamamlayıb.

Bruklində “Nyu-York Niks” 108:103 hesabı ilə qələbə qazanıb. Branson və Rendl hərəyə 30 xal toplayıblar. Meydan sahiblərindən Brices görüşü 36 xalla tamamlayıb.

Ən məhsuldar qarşılaşma “Nyu-Orlean Pelikans”la “Yuta Caz” arasında olub. Meydan sahibləri 153:124 hesabı ilə qalib gəliblər.

Los-Anceles derbisində isə  “Klippers” üstün olub – 127:116. Kavay Leonard tripl-dabl edib. Lebronun yoxluğunda “Leykers”də ən məhsuldar oyunçu 27 xal toplayan Rassel olub.

Gecənin sonuncu oyununda “Oklahoma-Siti Tanders” doğma arenada “Portlend Treyl Bleyzers”i 111:109 hesabı ilə üstələyib.

Shares: