Minifutbol üzrə Azərbaycan çempionatında 7-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.

“Baku Fire”nin qapısından 7 cavabsız top keçirən “Zirə” ardıcıl 7-ci qələbəsini qazanıb. Son çempion “Birbaşa Bakı” isə “Dirçəliş”i eyni hesabla məğlub edib.

Qeyd edək ki, turun “Dinamo Gəncə” – “Real Bakı”, “Qalaxy Bakı” – “İnter”, “Siyəzən” – “Atəşgah Suraxanı” və “Aznur” – “Abşeron” oyunları bu gün keçiriləcək.

“Dirçəliş” – “Birbaşa Bakı” 0:7

“Veteran” – “Odlar Yurdu” 0:3

“Zirə” – “Baku Fire” 7:0

“Turan” – “Sumqayıt” 2:3

Shares: