“Sevilya”ın hücumçusu Rafa Mir komandadan ayrılacaq. Durumundan narazı olan oyunçu İtaliyadan real təklif aldığı üçün vidaya hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, onunla “Torino” maraqlanır. Doğrudur, hələ danışıqlar davam edir, amma ispan forvardın A Seriyasına yollanmaq ehtimalı böyükdür. Rafa daim əsas heyətdə oynamaq istəyir, turinlilər də ona bu vədi verir.

2021-ci ilin yayında “Vulverhempton”dan 16 milyon avroya transfer edilən 26 yaşlı hücumçunun “Sevilya” ilə 3,5 illik müqaviləsi var. Lakin dəyər xeyli aşağı düşən hücumçu komandada qalmaq istəmir.

Shares: