“Liverpul”un futbolçusu Endryu Robertson zədəsini sağaldıb.


Futbolinfo.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçi köməkçisi Pep Leynders danışıb.

O, 29 yaşlı müdafiəçinin artıq komanda ilə məşqlərə başladığını qeyd edib: “Endryu dünən komanda ilə məşq etdi. 13 həftə kənarda qalmışdı. Əlbəttə ki, hər şeyin qaydasında olduğundan əmin olmaq üçün cərrahla görüş keçirilib”.

Robertson yanvarın 24-də, ölkə kubokunun yarımfinal mərhələsinin “Fulhem”ə qarşı cavab matçında oynamağa hazır olacaq .

Xatırladaq ki, şotlandiyalı futbolçu oktyabr ayından milli komandanın heyətində zədələnmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp