“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq daha bir həmyerlisini istəyir. Niderlandlı çalışdırıcı Brayan Brobbini İngiltərəyə gətirmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, ten Haq vaxtilə çalışdığı “Ayaks”ın 21 yaşlı oyunçusu ilə çoxdan təmasdadır. Lakin amsterdamlılar futbolçusunu buraxmaq istəmir. 2027-ci ilin yayınadək müqaviləsi olan Brobbini baha qiymətə satmaq üçün ən azı yayadək gözləmək niyyətindədirlər.

“Mançester Yunayted” yanvarın sonunadək bu transferi həll etməyə çalışacaq. Alınmazsa, yayda növbəti cəhd ediləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp