“Strathmorenow” portalının verdiyi məlumata görə, bu ilin aprelində Kanadada Alberta uşaq xəstəxanası Fonduna dəstək məqsədilə 263 saatlıq hokkey matçı təşkil ediləcək. Dünyanın ən uzun hokkey oyunu aprelin 5-dən 16-dək baş tutacaq.

Uşaq xərçənginin müalicəsinə pul toplamaq və “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün 40 idmançı dayanmadan 263 saat hokkey oynayacaq.

“Oyun MHL qaydalarına uyğun olacaq. Bu səbəbdən də zədələnən hokkeyçinin dəyişmək imkanımız olmayacaq. Əvvəllər belə oyunlardan sonra omba və dizini əməliyyat etdirənlər olub. Hokkeyçilər bir uşağın həyatını xilas etmək üçün belə bir əziyyəti göz önünə alıblar”, – deyə tədbirin təşkilatçısı Aleks Halat bildirib.

2022-ci ildə toplanan vəsait immunoterapiyaya yönəlmiş uşaq xərçənginin tədqiqat proqramına dəstək oldu. 2024-cü ildə yığılacaq vəsait isə daha çox uşağın Kalqaridə yeni metodlarla müalicəsinə kömək edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp