“Yuventus”un satmaq istədiyi Moyze Kinə daha bir müştəri tapılıb. “Atletiko” ilə danışıqlar davam edərkən “Bayer”də transfer üçün turinlilərin qapısını döyüb.
Futbolinfo.az xəbər verir ki, leverkuzenlilər 23 yaşlı hücumçu üçün 18 milyon təklif etməyə hazırdır. Amma “Qoca Sinyora” öncə “Atletiko” ilə danışıqları bitirməyə çalışır. Madridlilər daha uyğun şərtlər təqdim etdiyindən Bundesliqanın lideri gözləməyə məcburdur.
“Bayer” isə təklifini yeniləmək istəmir. Baş məşqçi Xabi Alonso Kinin transferi üçün yayadək gözləməyin əleyhinə deyil.