“Bayer” hücum xəttini Borxa İqlesiasın hesabına gücləndirəcək. Leverkuzen klubu “Betis”in üzvü ilə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, uzun sürən danışıqlardan sonra tərəflər razılaşmağa yaxındır. 31 yaşlı forvard şəxsi müqaviləsinin detallarını razılaşdırıb. İndi klubların anlaşması qalıb.
Sevilya klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi olan Borxa mövsümün sonunadək Bundesliqa klubunda icarədə olacaq. Yayda onun 8 milyon avro qarşılığındabirdəfəlik transfer edilməsi mümkündür.
İqlesias “Betis”ə 2019-cu ildə “Espanyol”dan 28 milyon avroya transfer edilmişdi. O, “Bayer”də aprelədək komandaya kömək etməyəcək Viktor Bonifacene əvəz etməlidir.