“Atletiko” müdafiəçisi Xavi Qalanı icarəyə verib.

Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, o, bu mövsümün sonuna kimi icarə əsasında “Real Sosyedad”a çıxış edəcək.

29 yaşlı futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 9 matçda oynayıb.

Qalan daha əvvəl “Kordoba”, “Hueska” və “Selta”nın formasını geyinib.

Shares: