Özbəkistan millisinin futbolçusu Rüstəm Aşurmatov karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Rusiyanın “Rubin” klubunun müdafiəçisi “Neftçi”nin maraq dairəsinə düşüb. Bakı klubu 27 yaşlı oyunçunu yığmasının heyətində Asiya Kubokunda izləyir. Premyer Liqa təmsilçisi arxa xətdəki boşluğu məhz onunla doldurmağı planlaşdırır.

Qeyd edək ki, “Rubin”ə ötən il “Novbahor”dan keçən Rüstəm Aşurmatovun sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Shares: