“Neftçi”nin mövsümün sonunda yollarını ayıracağı ilk futbolçu məlumdur.

Futbolinfo.az saytının Macarıtan mətbuatına istinadən məlumatına görə, müdafiəçi Mark Tamaş yayda komandanı tərk edəcək.

Mövsümün əvvəlində “Sepsi”dən transfer edilən 30 yaşlı mərkəz müdafiəçisi əsas heyətə düşməkdə çətinlik çəkir. Adrian Mutunun gedişi isə onun qalan ümidinin də üstündən xətt çəkib. Vurğulanıb ki, hər iki tərəf yayda bu ayrılığa müsbət baxır.

Tamaşın karyerasını Türkiyədə davam etdirməsi istisna edilmir. Çünki “Adana Dəmirspor” onun xidmətində maraqlı olan klublardandır. “Ağ-qaralar” isə indidən mərkəz müdafiəçisi axtarışına başlayıb.

Qeyd edək ki, Mark Tamaşın “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Shares: