MHL-in rəsmi saytı MBA-da çıxış edən “Yuta Caz” klubunun sahibi Rayan Smitə məxsus “Smith Entertainment Group”un təklifinə cavabı dərc edib. Xatırladaq ki, bu şirkət şəhərdə hokkey komandası arzusundadır. Bu səbəbdən də onlar rəsmi müraciət ünvanlayıblar.
“MHL, “Smith Entertainment Group”un Yutaya hokkeyi gətirmək marağını yüksək qiymətləndirir. Son iki il ərzində söhbətlərimizdə Rayan və Eşli Smitin öz icmalarına sadiqliyi, eləcə də onların Yutaya təkcə hokkey bazarı kimi deyil, həm də böyük idman və əyləncə məkanı kimi baxışları bizi heyran etdi. Yuta perspektivli bazardır və biz müzakirələrimizi davam etdirməyi səbrsizliklə gözləyirik”, – deyə liqanın saytındakı bəyanatda deyilir.
Qeyd edək ki, MHL-də hazırda 32 komanda çıxış edir. Qarşıdakı mövsümdə komanda sayının artırılacağı gözlənilir.