Beynəlxalq Şahmat Federasiyası (FIDE), tezliklə “World Chess” onlayn şahmat məktəbi ilə birgə “Qadınların çərşənbəsi” adlı virtual turnirlərin başlanacağını elan edib. Bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.

Təşkilatın məlumatına görə, silsilə turnirlər şahmat aləmində qadınların imkanlarının artırılmasına xidmət edəcək və FİDE-nin 100 illiyinə həsr olunacaq. Turnirdə onlayn-məktəb platformasında həftəlik (hər çərşənbə) şahmat oyunları təşkil ediləcək.

Təşkilatçılar qadın şahmatçılara daha çox ünsiyyət qurmaq, bir-birini tanımaq və birlikdə peşəkar inkişaf etmək imkanı yaratmaq istəyirlər. Ədalətli oyuna və FİDE qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetiriləcək.

Turnirin sonunda min dollar dəyərində mükafatlar veriləcək, gələcəkdə isə mükafat fondunu 100 min dollara çatdırmaq planlaşdırılır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp