İngiltərənin “Çelsi” klubunun və Fransa millisinin sabiq futbolçusu Nikolas Anelka Türkiyədə işləyəcək.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu “Ümraniyəspor”da baş direktor vəzifəsini icra edəcək.

O, artıq müqavilə imzalamaq üçün İstanbula gedib.

“Ümraniyəspor”da Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edir.

Shares: