Xavi Ernandes istefasını stisna etmir. “Barselona”nın baş məşqçisi nəticələr düzəlməyəcəyi halda mövsümün sonunda postunu tərk edə biləcəyini dilə gətirib.

Futbolinfo.az xəbər verir ki, ispan çalışdırıcı dünən “Atletik”ə 2:4 hesabıyla uduzaraq Kral Kubokundan kənar qaldıqları matçdan sonra danışıb: “Rəqabəti uduzsaq, vəzifəmi tərk etməyə məcbur olacağam. Harada olduğumu bilirəm, “Barselona” ən üst səviyyədə olan bir klubdur. Burada yalnız çempionluqlar qazanmalısız, başqa şansınız yoxdur”.

Xavi hazırkı nəticələrdən məmnun olmasa da, klubun gələcəyinə inanır. O, heyətin çox istedadlı gənclərdən təşkil olunmsını gələcək üçün üstünlük sayır.

Shares: