Tyaqo Silva vətəninə qayıdır. Braziliyalı mərkəz müdafiəçisi Avropa macərasına son qoymaq qərarı verib.

Futbolinfo.az xəbər verir ki, “Çelsi”nin 37 yaşlı üzvü daha əvvəlki səviyyədə oynaya bilmir. Bu səbəbdən o, mövsüm bitən kimi londonlularla vidalaşacaq. Silva karyerasına “Fluminsense”də son qoymaq niyyətindədir.

“Fluminense” yetirməsi Avropaya 2005-ci ilin yanvarında gəlib. 6 ay “Portu”da oynayan Braziliyalı daha sonra Moskva “Dinamo”suna keçib və Braziliyaya qayıdıb. “Milan” 2009-cu ildə “Fluminense”dən 10 milyon avroya aldığı Silvanı 3,5 il sonra PSJ-yə dördqat bahasına satıb. 2020-ci ildən “Çelsi”də olan Tyaqonun müqaviləsi cari mövsümün sonunda bitəcək.

Shares: