“Səbail”in yeni transferi Ayub Masika Azərbaycana gəlişi ilə bağlı danışıb.

Futbolinfo.az-a açıqlamasında o, vaxtikən Bakı klubunda çıxış etmiş futbolçuların məsləhəti ilə bura gəldiyini deyib:

“Azərbaycandan təklif gələndə ölkə haqqında, klub haqqında araşdırmalar etdim. Vaxtikən “Səbail”də oynamış bir futbolçudan soruşdum. O da mənə ancaq xoş sözlər dedi. Bundan sorna çox düşünmədim və dərhal gəlməyə qərar verdim. Fikrimcə, yaxşı ki, bura gəlmişəm. Klubda hər şey ürəyimcədir. Gələndən sonra heç heyfislənmədim. Qışda komandaya qoşulsam da, məqsədim daha yaxşı olmaqdır. Komandama kömək etmək istəyirəm. Komanda yoldaşlarım da adaptasiyam üçün kömək edir”.

Qeyd edək ki, “Səbail” Ayub Masika ilə 1.5 illik müqavilə imzalayıb.

Shares: