Məhəmməd Salah ona yönələn tənqidlərlə razı deyil. Misir yığmasının kapitanı milli komandada “Liverpul”la müqayisədə zəif oynamasını deyənlərin yanlış düşündüyünü söyləyir.
Futbolinfo.az xəbər verir ki, zədə üzündən Afrika Millətlər Kubokunu erkən tərk edən hücumçu bütün gücü ilə mübarizə apardığını deyir: “Uzun llərdir milli komandada oynayıram və belə tənqidləri çox görmüşəm. Azarkeşləri başa düşürəm, onlar fikirlərini söyləməkdə sərbəstdir. Amma mən hər zaman bütün oyunlarda var qüvvəmi sərf edirəm”.