“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirir. İngiltərə klubu 19 yaşlı istedadı düşərgəsinə gətirir.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Norşelland”ın cinah hücumçusu İbrahim Osman ilə anlaşıb. Danimarka klubu bu keçiddən 18 milyon avro qazanacaq. Futbolçu ilə müqavilənin digər detalları açıqlanmır.

Qanalı futbolçu bir il öncə Danimarka klubuna keçib. Onun “Norşelland” formasında keirdiyi 29 oyunda 4 qol vurub 5 məhsuldar ötürmə etməsi ingilislərin diqqətindən yayınmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp