Azərbaycan minifutbol millisi dünya reytinqində ikinci yerə yüksəlib.

Futbolinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda 3 pillə irəliləyərək buna nail olub.

Yığmamızın hesabında 3000 xal var. Dünya Minifutbol Federasiyasının (WMF) açıqladığı yeni reytinq cədvəlinə 4125 xalla Rumıniya başçılıq edir. İlk “üçlüy”ü Macarıstan (2600 xal) qapayır.

Rumıniya son dünya, Azərbaycan isə Avropa çempionudur.

1706196048 084e5841 87ae 3fd7 a40f eb598c8c19dd - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp