“Bayern”in futbolçusu Dayo Upamekano zədələnib.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Bundesliqanın 13-cü turundan təxirə salınan və ötən gecə keçirilən “Union Berlin”lə matçda (1:0) sıradan çıxıb.

Komandanın baş məşqçisi Tomas Tuxel görüşdən sonra açıqlamasında fransalı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib: “Upamekanonun sağalması günlər deyil, həftələr tələb edəcək”

Upamekano bu mövsüm Münhen təmsilçisinin heyətində 22 matça çıxıb və 1 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp