PSJ yeni transferini rəsmiləşdirib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Korintians”dan Qabriel Moskardo heyətə cəlb edilib.

18 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Moskardo 6 ay icarə əsasında “Korintians”da çıxış edəcək və yeni mövsümün əvvəlində Paris təmsilçisinə qoşulacaq.


Braziliyalı futbolçu bu mövsüm A Seriyasında 18 oyun keçirib, 1 qol vurub, 1 qol ötürməsi edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp