“Mançester Siti” yeni futbolçu transfer edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

“Şəhərlilər” “River Pleyt”dən Klaudio Eçeverrini transfer ediblər.

18 yaşlı futbolçu klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. 2025-ci ilin yanvarına qədər o, “River Pleyt”də icarə əsasında oynamağa davam edəcək.

Eçeverri ötən yay “River Pleyt”də debüt edib və komandanın heyətində 6 oyuna çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp