Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yeni klubu “Kocaelispor”da işləri heç də asan olmayacaq.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı forvard TFF I Liqa təmsilçisinə komandadaxili güclü rəqabətin olduğu bir vaxtda qoşulub. Kocaeli təmsilçisinin xüsusən də hücum xəttinin performansı məşqçilər korpusunun üzünü güldürür. Duqlas Tanqe – Daniel Kandeyas – Barış Alıcıdan ibarət “üçlük” həm qol, həm də assist sayında bir-birini tamamlayır.

“Kocaelispor”un uğurlu nəticələr qazandığı və Superliqaya vəsiqəyə iddia etdiyi bir vaxtda isə baş məşqçi Ərtuğrul Sağlam heyətdə dəyişiklik riskinə getmək istəmir. Bu üzdən qarşıdakı matçlarda Şeydayevin ən yaxşı halda ehtiyatdan meydana daxil olması gözlənilir.

Türkiyə mətbuatı vurğulayır ki, Ramil böyük ümidlərlə transfer olunsa da, indiki məqamda ya komandanın uğursuz çıxış etməsi, ya da aparıcı hücumçulardan birinin sıradan çıxması onu əsas heyət üzvünə çevirə bilər.

Qeyd edək ki, Ramil Şeydayev bir neçə gün əvvəl “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.

Shares: