Yürgen Klopp Məhəmməd Salahla bağlı məsələyə aydınlıq gətirib. “Liverpul”un baş məşqçisi Misir yığmasının heyətində zədələnən, müalicə üçün İngiltərəyə qayıdan hücumçuya hər hansı qadağa qoyulmadığını bildirib.

Futbolinfo.az xəbər verir ki, Salah ölkəsində tənqid obyektinə çevrilib. Əksəriyyət onu milli komandada istənilən kimi oynamadığı üçün qınayır, kluba daha çox diqqət etdiyni vurğulayırlar.

Klopp Salahın müdafiəsinə qalxmağı lazım bilib: “Həm misirlilər, həm də biz onun daha tez sağalmasını istəyirik. Önəmli oyunçudur və tez sağalması lazımdır. Afrikada qalsaydı, müalicəsi uzun sürə bilərdi. Bu səbəbdən onu İngiltərəyə gətirdik. Salahı milli komandadan uzaq tutmaq niyyətimiz yoxdur, daha operativ tibbi müdaxilə gərəkli olduğu üçün belə etdik”.

Klopp bütün bunların razılaşdırıldığını bildirib: “Hər iki tərəf bunu qəbul edib. Onun tez bir zamanda sağalmasını istəyirik. Salah formada olarsa və Misir Afrika Millətlər Kubokunda finala yüksələrsə, futbolçu da orada olacaq”.

Shares: