Bu gün Misli Premyer Liqasında 20-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə “Kəpəz” “Qarabağ”ı qəbul edəcək. Bu oyun Tovuzda keçiriləcək.
Günün son matçında isə “Zirə” “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək.
İlk oyun günündə “Turan Tovuz” “Səbail”ə 3:1 hesabıyla qalib gəlib. “Araz-Naxçıvan” – “Sumqayıt” və “Neftçi” – “Qəbələ” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
20-ci tur
27 yanvar
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Qəbələ şəhər stadionu, 15:00
“Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu, 17:30