“Qalatasaray”ın futbolçusu Saşa Boe karyerasını Avropa nəhəngində davam etdirəcək.
Futbolinfo.az “Sky Sport”a istinadən xəbər verir ki, fransalı müdafiəçi “Bayern”ə keçir.
O, artıq tibbi müəyinə üçün Münhenə yollanıb. Mənbə Boenin 4,5 illik müqavilə imza atacağını vurğulayıb.
23 yaşlı Saşa “Qalatasaray”a 2021-ci ildə Fransa “Renn”indən keşmişdi. O, İstanbul klubunda 83 rəsmi oyuna çıxaraq 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.