Melburnda “Böyük dəbilqə” seriyalı turnirdə qadınların finalı keçirilib. Belaruslu tennisçi Arina Sobolenko həlledici oyunda çinli Çjen Sinven üzərində inamlı qələbə qazanıb – 6:3, 6:2. Bununla da, o, keçən il qazandığı titulu qorumağı bacarıb.
Sobolenko turnir ərzində bütün oyunları 2:0 hesabı ilə yekunlaşdırıb. Son 20 il ərzində “Australian Open”də heç bir tennisçi bir set belə uduzmadan çempion ola bilməmişdi. Bundan başqa, turnir ərzində heç kim Arina ilə oyunda breyk edə bilməyib. Bu da yarışlar üçün unikal göstəricilərdən sayılır.
Tennis ənənəsinə görə, oyundan sonra qələbəni bayram edən idmançı öz avtoqrafını qoyur. Çox vaxt tennisçilər kameranın obyektivinə imza çəkirlər. Arina isə öz məşqçisinin başında avtoqrafını da çəkib.
Qeyd edək ki, tennisçinin məşqçisi keçəldir. Bu hərəkətilə Sobolenko tamaşaçıları bir qədər də əyləndirib.