“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqlatı matçı belə şərh edib:
“Futbolçularıma təşəkkür edirəm, onlar verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Düzdür, oyunun sonuna yaxın uşaqlar konsentrasiyanı itirdilər. Nəticədə də məğlub olduq. Əsas tapşırığımız onların bu gün mübariz oynaması idi. Bu mübarizəyə görə də onlara minnətdaram. Əsas məqsədimiz əvvəlki “Kəpəz”i geri qaytarmaqdır. Mübariz, qalib komanda olmalıyıq. Bunun üçün addımlar atırıq, çalışırıq. Ümid edirəm ki, buna nail olacağıq”.