Almaniya Bundesliqasının lideri “Bayer” “Betis”in hücumçusu Borxa İqlesiası transfer edib.
Futbolinfo.az xəbər verir ki, keçidi “Bayer” rəsmi saytı vasitəsilə yayıb.
Leverkuzen klubu 31 yaşlı oyunçunu sonradan 8 milyon avroya satın alma maddəsi ilə, mövsümün sonuna qədər icarəyə götürüb.
Leverkuzen təmsilçisi 31 yaşlı ispaniyalı ilə əsas hücumçu Viktor Bonifasın zədələnməsinə görə müqavilə imzalayıb.
İqlesias 2019-cu ildən “Betis”də çıxış edir.
Bu mövsüm forvard bütün yarışlarda 18 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.