“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
– Dinamik oyuna şahidlik etdik. Komandamın göstərdiyi əzmkarlıqdan razı qaldım. Əlbəttə, nəticə yoxdur. Biz də başa düşürük ki, futbolda ən önəmli şey nəticədir. Son oyunlarda futbolçulardan istədiyimizi alırıq. Amma nəticə baxımından komanda istədiyinə çatmır. Daha çox çalışmaq lazımdır.
– Penalti və qırmızı vərəqə epizodu barədə fikirləriniz necədir?
– Biz səhvlər edirik ki, qapımızda penalti olur. Verdiyimiz səhv qərarlardan sonra rəqib bizi cəzalandırır. Futbolda nəyisə sözlə həll etmək olmur. Daha çox güc sərf etməlisən, əzmkarlıq göstərməlisən ki, istədiyin nəticələri əldə edəsən. Futbolçularım təslim olamyıblar. Hesaba baxırsızsa, “Neftçi” qalib gəldi. Amma futbol baxımından heç heç kim deyə bilməz ki, “Neftçi” bu gün bizdən üstün idi. Biz səhvlər edirik. Uğurlu olmaq üçün daha məsuliyyətli olacağıq.
– Azarkeşlərin iradını qəbul edirik. Sonuncu yerdə gedən komandadan azarkeş razı ola bilməz. Çox rahat təslim olmayacağıq.
– Transfer xatirinə transfer olmasını mən istəmirəm. Sərəncamımda olan futbolçular var. Heç kim Oçiqavaya, Afrikoya zəif futbolçu deyə bilməz. Ümid edirik ki, komanda toparlanıb nöqsanları aradan qaldıracaq və daha uğurlu olacaq.