Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə iki görüş baş tutub.

“Union Berlin” evdə “Darmştadt”a qalib gəlib. Dortmund “Borussiya”sı da “Boxum”u xalsız yola salıb.

Hazırda 49 xalı olan “Bayer” vahid liderdir. “Bayern” 47 xalla 2-ci, 37 xalı olan “Ştutqart” 3-cü pillədə qərarlaşıb. Dortmund “Borussiya”sı 36, “Leypsiq” 33, “Ayntraxt” 31 xal toplayıb.

Almaniya Bundesliqası
19-cu tur

26 yanvar

Ayntraxt – Maynts 1:0
Qol: M.Götse, 73.

27 yanvar

Auqsburq – Bayern 2:3
Qollar: Demiroviç, 52; 90+4-pen – Pavloviç, 23. Devis, 45+5. Keyn, 58.

Hoffenhaym – Haydenhaym 1:1
Qollar: Kramariç, 45+7 – Dinkci, 29.

Ştutqart – Leypsiq 5:2
Qollar: Millo, 25-pen. Undav, 30; 56; 75. Levelinq, 48 – Şeşko, 32. Openda, 55.

Verder – Frayburq 3:1
Qollar: Dukş, 9-pen. Njinma, 53. Malatini, 90+3 – Qrifo, 28-pen.

Volfsburq – Köln 1:1
Qollar: Paredes, 40 – Alidu, 38.

Bayer – Borussiya (Mönxenqladbax) 0:0

28 yanvar

Union Berlin – Darmştadt 1:0
Qol: Hollerbax, 62.

Borussiya (Dortmund) – Boxum 3:1
Qollar: Fullkruq, 7-pen; 72; 90+1 – Şlotterbek, 45-öz qapısına.

Shares: