Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunları bir neçə futbolçunun cəzalı duruma düşməsinə səbəb olub. 11 oyunçu 21-ci turu buraxmalı olacaq.
Futbolinfo.az xəbər verir ki, onlardan beşi “Qəbələ”nin üzvüdür. Belə ki, “Neftçi” ilə görüşdə Gilad Abramov, Ürfan Abbasov, Asif Məmmədov mövsümdə 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşüblərsə, Zurab Oçiqava ilə Əyyub Allaş qırmızı vərəqə aldıqları üçün “Zirə” ilə qarşılaşmanı buraxacaqlar.
“Kəpəz”dən Yeqor Xvalko, Elmir Tağıyev, Mate Kvirkviya, “Qarabağ”dan Elvin Cəfərquliyev, “Neftçi”dən Azər Salahlı sarı vərəqə limitini doldurublar. “Sabah”ın kapitanı Elvin Camalov isə qırmızı vərəqə cəzalısıdır.
Qeyd edək ki, 21-ci turun matçları 3-5 fevralda keçiriləcək.