Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) vitse-prezidenti Mark Koqanov və baş katibi Fəxri Həsənov Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) hesabat-seçki konfransında iştirak edirlər.
Futbolinfo.az xəbər verir ki, tədbirdə LEN-in gələcəkdə görüləcək işlərinin müzakirəsi nəzərdə tutulub.
Eyni zamanda, digər yeniliklər və keçirilməsi planlaşdırılan yarışların təşkili məsələləri də söhbət mövzusu olacaq.