Kişilər arasında həndbol üzrə Avropa çempionatına yekun vurulub. Almaniyada keçirilən turnirin final oyununda Fransa və Danimarka milli komandaları qarşılaşıb. Fransızlar overtaymda qalib gələrək 4-cü dəfə titulu qazanıblar.
Fransa – Danimarka 33:31 OT (14:14, 28:28) (Fabreqas – 8, Remilie – 5; Hansen – 9, Gidsel – 8).
3-cü yer uğrunda görüşdə İsveç Almaniyanı məğlubiyyətə uğradıb (34:31).
Qeyd edək ki, Fransa yığması dördqat hazırkı olimpiya çempionlarıdır. Növbəti Avropa çempionatı 2026-cı ildə keçiriləcək.