Bir neçə il əvvəl Formula 1-in heç bir mərhələsi ABŞ-də keçirilmirdi. İndi isə təqvimdə 3 qran-pri var. Bunlar Mayami, Ostin və Las-Veqas mərhələləridir.

Bu siyahıya daha biri əlavə edilə bilər. Belə ki, Formua 1 Çikaqo Qarn-prisi ilə əlaqəli əmtəə nişanı olan 4 brendi rəsmən qeydiyyata alıb. Bunlar “Grand Prix of Chicago”, “Formula 1Chicago Grand Prix” və F1-in adı olmayan daha iki analoji variantdır.

Belə bir əmtəə nişanlarının qeydiyyata alınması, mərhələnin təqvimə salınması demək deyil. Çox güman ki, Formula 1 rəhbərliyi Çikaqonu gələcək üçün ehtiyat variant kimi nəzərdə tuturlar.

Xatırladaq ki, 2019-cu ildə Çikaqo şəhərində Formula 1 yay festivalı keçirilmişdi.

Shares: