Daha iki ulduz oyunçu Səudiyyə Ərəbistanına gedir. Bu ölkənin “Əl Şabab” klubu veteran oyunçuları heyətinə qatır.

Futbolinfo.az xəbər verir ki, İvan Rakitiçi “Sevilya”dan transfer etmək üzrə olan ərəblər tezliklə keçidi rəsmən açıqlayacaq. 2020-ci ildə “Barselona”dan ulduza çevrildiyi Əndəlüs klubuna qayıdan xorvat yarımmüdafiəçi ikinci dəfə getmək qərarı verib. Müqaviləsi yayda bitəcək 35 yaşlı oyunçunun transferinin detalları açıqlanmır.

“Əl Şabab”ın digər yeni oyunçusu David de Xea olacaq. Yayda “Mançester Yunayted”i azad agent kimi tərk edən 33 yaşlı qapıçı işsiz günlərinə son qoyur. Ərəblər təcrübəli qolkiperlə də razılıq əldə edib.

Shares: